RAYON HAQQINDA
Səhiyyə
Şəmkir Rayon Mərkəzi Xəstəxanası 1985-ci ildən istifadəyə verilib.
Hal- hazırda rayonda 4 şəhər xəstəxanası (Mərkəzi Xəstəxana, Uşaq Xəstəxanası, Doğum Evi, Ağ-Ciyər Xəstəlikləri Xəstəxanası) Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Tam Təsərrüfat Hesablı Stomotoloji Poliklinika, Gigiyena və Epidemiologiya Mərkəzi, Rayonlararası Taun Əleyhinə şöbə, 3 qəsəbə Xəstəxanası, (Kür qəsəbə, Zəyəm qəsəbə, Çinarlı qəsəbə). 4 kənd xəstəxanası (Alabaşlı, Dəllər Cəyir, Düyərli, Çənlibel).
Bunlarla yanaşı 32 həkim məntəqəsi, 27 tibb məntəqəsi fəaliyyət göstərir. Hal-hazırda rayonda 549 ədəd stasionar çarpayı fəaliyyət göstərir. Xəstəxanada 2493 tibb işçisi çalışır, 336 həkim , 1024 orta tibb işçisidir.
Eyni zamanda 13 dekabr 2014-cü il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun təşəbbüsü ilə təsis olunan “Gənc Həkimlər Birliyi” təsis edilmişdir. Həmin birlik bütün Şəmkir əhalisinə tibbi xidməti yaşadıqları ucqar kəndlərdə göstərir.
Şəmkir Rayon Mərkəzi Xəstəxanası 237 çarpayılıq xəstəxanadır. 5 şöbədən ibarətdir. 1-ci Cərrahiyyə şöbəsi 50 çarpayılıq, 2-ci Cərrahiyyə şöbəsi 50 çarpayılıq, 1-ci Terapiya şöbəsi 50 çarpayı, 2-ci Terapiya şöbəsi 50 çarpayı, Yoluxucu Xəstəliklər şöbəsi 25 çarpayı, Reanimasiya şöbəsi 12 çarpayı.
Bundan əlavə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Şüa-Diaqnostika şöbəsi, Laboratoriya şöbəsi, Qəbul şöbəsi, Fizioterapiya şöbəsi fəaliyyət göstərir.
Şəmkir Rayon Mərkəzi Xəstəxanası Səhiyyə Nazirliyinin sərəncamı ilə, Mama-Ginekoloji, Cərrahi və Anestezioloji-Reanimatoloji xidmətə görə Qərb bölgəsi üzrə Zona Mərkəzinin təsdiq olunmuş, dayaq briqadaları Şəmkir həkimlərindən təşkil edilmişdir.
Bundan əlavə Şəmkir Ağ Ciyər xəstəlikləri xəstəxanası Qərb bölgəsi üzrə yeganə fəaliyyət göstərən xəstəxanadır.
40 çarpayılıq bu xəstəxanada vərəm və digər ağ ciyər xəstəlikləri olan xəstələr müalicə alır. Həkim məntəqələrində xəstələr üçün ambulator yardım , patronaj xidmət göstərilir. Ehtiyacı olan xəstələr Mərkəzi xəstəxanaya müayinə və müalicə üçün göndərilir.
Yaponiya dövlətinin Azərbaycandakı Səfirliyinin maddi dəstəyi ilə rayonumuzda Ələsgərli həkim məntəqəsi, Sabirkənd həkim məntəqəsi, İrmaşlı həkim məntəqəsi və Atabəy tibb məntəqəsi yenidən tikilmişdir.
Son illər tibb müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi məqsədi ilə bir sıra işlər görülmüşdür. Tibb müəssisələrinin əksəriyyəti müasir tələblərə cavab verən inventar və avadanlıqlar verilmişdir. Müasir rentgen aparatı, Laporaskopik Cərrahiyyə üçün avadanlıq, müasir süni tənəffüs aparatları, kompyuter elektrokardioqraf exokardioqraf, Doppler sonoqraf, stasionar və portativ ultrasəslə müayinə aparatları labarator analizatorlar, Yaponiya istehsalı olan “Pentaks fibroqastroskopu, neyrospentoz, Refraktometr” və bir sıra yeni avadanlıqlar verilmişdir.
Möhtərəm prezidentimiz Cənab İlham Əliyev rayonumuza səfəri zamanı rayonda yeni xəstəxana kompleksinin tikintisinə ehtiyac olduğunu bildirmiş və bu haqda xüsusi sərəncam imzalamışdır. 19 sentyabr 2013-cü il tarixli Şəmkir rayon mərkəzi xəstəxanasının tikintisinə başlamaq üçün 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezdentinin ehtiyyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3.0 (üç) milyon manat ayrılmışdır.
Hal- hazırda tikinti surətlə davam edir. 190 çarpayılıq yeni xəstəxana kompleksində əlavə olaraq hemodializ, travmatologiya, lor şöbəsi fəaliyyət göstərəcək, həmçinin xəstəxanada müasir komputer tamoqraf aparatı nəzərdə tutulub.