RAYON HAQQINDA
Ərazi
Şəmkir rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi.
Azərbaycan Respublikasının şimal-qərbində yerləşir.
Ümumi ərazi | 1660.00 km2 |
Məhsuldar torpaqların ümumi sahəsi | 1245.00 km2 |
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi | 415.00 km2 |
Heyvandarlıq üçün otlaqların sahəsi | 827.00 km2 |
Əkilmiş torpaqların ümumi sahəsi | 388.00 km2 |
Meyvə bağlarının ümumi sahəsi | 27.70 km2 |
Şəmkir rayonunun şimal-şərq və mərkəzi hissəsi əsasən düzənlik cənub hissəsi isə dağlıqdır.
Qışı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir.
Orta temperatur yanvarda -2o c-dən+2o c-dək, iyulda 24-25o c-dir. İllik yağıntı 350-600 mm-dir. Rayonun ərazisindən Kür çayı və onun qolları (Zəyəm, Şəmkir, Cəyir) keçir. Dağ qara, qəhvəyi dağ meşə, dağ tünd şabalıdı, açıq-şabalıdı və allüvial çəmən-meşə torpaqları yayılmışdır. Kollu və seyrək meşəli çəmənlər dağ meşələri var. Kür çayı sahilində tuqay meşələri var. Şəmkir rayonunun florası kimi faunasıda zəngindir. Burada heyvanat aləmində canavar, tülkü, boz dovşan, çöldonuzu turac, kəklik, göyərcin və s məskunlaşmışdır. Relyef xususiyyətlərinə görə rayonun ərazisi 4 zonaya; maili düzənliklər, dağətəyi, orta dağlıq, yüksək dağlıq. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olıaraq müxtəlifdir