Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Respublikanın ən böyük aqrar rayonlarından biri olan Şəmkir rayonunun ərazisi 1.66 min kv. km-dir, əhalisi 01.07.2017-ci il tarixə rəsmi qeydiyyatda 213400 nəfərdir.

Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında sənayedə, tikintidə və digər istehsal, ticarət, ictimai-iaşə xidmət sahələrində çalışır. Şəmkir rayonu 1 şəhər,  7 inzibati qəsəbə, (Dəllər, Zəyəm, Çinarlı, Kür) 58 kənd olmaqla  48  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən  və  42  bələdiyyədən ibarətdir.

Əsas iqtisadi göstərici hesab olunan ümumi məhsul buraxılışı dinamik olaraq artmışdır. 2017-ci ilin 1-ci yarımili ərzində 219747 min manat, sənaye məhsullarının həcmi 22149 min manat təşkil etmişdir.

2017-ci ilin 1-ci yarımili ərzində ticarət xidmətinin həcmi 65341 min manat, əmtəə dövriyyəsinin həcmi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 197030 min manat təşkil etmişdir. Bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 315 manat təşkil etmişdir. Şərq Ulduzu MMC-ə məxsus ildə 2000 ton üzüm emalı gücünə malik şərab zavodu, gündəlik 300 min ədəd yumurta istehsal edən Şəmkir Quşçuluq fabriki, gündəlik 55 ton un məmulatları istehsal edən Çörək zavodu, Azaqro MMC-ə məxsus ildə 2 mln ədəd gül yetişdirilən İstilikxana kompleksi fəaliyyət göstərir. 2017-ci ilin 1-ci yarımili ərzində Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Şəmkir rayonu üzrə 112000 manat dövlətin güzəştli kreditləri verilmişdir ki, həmin kreditlər hesabına 17 yeni iş yerinin yaradılması imkanı yaranmışdır. 2017-ci ilin 1-ci yarımili ərzində 3149 iş yeri açılmışdır ki, onunda 1984-ü daimi, 1165-i müvəqqəti iş yerlərindən ibarət olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Şəmkir rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə İcra hakimiyyəti başçısı yanında Şura yaradılmış və əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasları “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq ayda 2 dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərətçi orqanı olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif tövsiyyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə rayon İcra Hakimiyyəti başçısının sərəncamları verilir.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahəsi aparıcı rol oynayır. Eyni zamanda rayonunun təsərrüfatlarında meyvə, bostan və günəbaxan məhsulları da istehsal olunur.

Cari ilin məhsulu üçün keçən ilin payızında və yazında 14129 hek sahədə taxıl əkilmişdir. Onun 8304  hektarı buğda, 5777 hektarı arpa bitgisi olmuşdur.  Rayon üzrə 906,7 ha istixana sahəsindən  keyfiyyətli faraş tərəvəz (pomidor, xiyar) yetişdirilmişdir. 5791 ədəd istilikxananın, 285 ədədi təbii qazla, 637 ədədi neft məhsulları ilə, 2254 ədədi odun və daş kömürlə qizdırılır,  2811 ədədi isə qızdırılmayan istilikxanadlır.

Şəmkir rayonunun sənayesi yeyinti, elektrik enerjisi və tikinti materiallarının istehsalı və bölüşdürülməsi sahələri ilə təmin olunmuşdur. 2016-cı ildə fəaliyyət göstərən 13 sənaye müəssisəsindən 8-i  kiçik müəssisələr olmuşdu. Emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə diqqət artırılmışdır. “Şərq Ulduzu” MMC-ə məxsus ildə 2000 ton üzüm emalı gücünə malik şərab zavodunda 9 növ şərab məhsulu emal edilməklə, şərab məhsullarından konyak spirti də emal edilir. Şəmkir rayonunda   Azaqro MMC-yə məxsus sahəsi 2.5 hektar  olan  istilikxana kompleksində İl ərzində  iki milyon  ədət  gül yetişdirilir.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev 15 iyun 2004-cü il, 1 noyabr 2006-cı il, 25 may 2009-cu il, 10 sentyabr 2013-cü il, 15 noyabr 2014-cü il və 20 avqust 2017-ci il tarixlərində Şəmkir Rayonuna səfər etmişdir.

-15 iyun  2004-cü  il tarixində Şəmkir şəhər stadionunda olmuş və rayon sakinlərinin qarşısında çıxış etmişdir.

-1 noyabr 2006-cı ildə Ümummilli lider Heydər Əliyev abidəsini ziyarət etmiş, Heydər Əliyev muzeyinin açılışını etmişdir, Şəmkir Olimpiya İdman Kompleksinin təməlini qoymuşdur. İctimaiyyətin nümayəndələri ilə görüşdə çıxış etmişdir. Şəmkir-Qazax avtomobil yolunun açılışında iştirak etmişdir. Şəmkir Quşçuluq fabrikində olmuşdur. Füzuli qəsəbəsində Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmiş orta məktəb binasının açılışında iştirak etmişdir.

-25 may 2009-cu il tarixində Şəmkir çayı üzərində inşa ediləcək dəryaçanın təməl qoyma mərasimində iştirak etmişdir. Şəmkir Olimpiya İdman Kompleksinin açılışında iştirak etmiş, orada rayon ictimaiyyətinin nümayəndələri, idmançıları iləgörüşdə çıxış etmişdir, “Şərq Ulduzu” MMC-nin fəaliyyəti ilə tanış olmuşdur. Şəmkir Mədəniyyət evində təşkil olunmuş sənaye, kənd təsərrüfatı sərgisinə baxmışdır.

-10 sentyabr 2013-cü ildə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Bayraq meydanı, Gənclər mərkəzi, Heydər Əliyev Mərkəzi, Bakı Oksford məktəbinin Şəmkir filialının 80 yerlik uşaq Akademiyası, “EXCELSİOR”  HOTEL SHAMKİR, Alman Lüteran kilsəsinin açılışında iştirak etmişdir.

-15 noyabr 2014-cü ildə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Su elektrik stansiyası ilə birgə Şəmkirçay su anbarının, Çörək zavodunun, Şəmkir hərbi birliyinin hərbi şəhərciyi ərazisində yeni inşa olunmuş qərargah binasının açılışında və Şəmkir Aqroparkın təməlqoyma mərasimində iştirak etmişdir. 

-20 avqust 2017-ci ildə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak etmişdir. Daha sonra Şəmkirdə əsaslı şəkildə yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində yaradılan şəraitlə tanış olub. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzinin açılışında iştirak edib. Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak etmiş, orada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış etmişdir. “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışında iştirak etmişdir.

Keçidlər