İCRA HAKİMİYYƏTİ
İH Başçısının müavinləri
İcra Hakimiyyəti başçısının birinci müaviniZeynallı Süleyman Gəray oğlu
12 oktyabr 1977-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur.
1984-cü ildən 1994-cü ilədək Bakı şəhəri, M.Rahim adına 7 saylı orta məktəbdə təhsil almışdır.
1994-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna, 1995-ci ildə isə Bakı Dövlət Universitetinə daxil olmuş, 1999-cu ildə hər iki ali təhsil məktəbini bitirərək müvafiq olaraq Politologiya və Hüquq (Beynəlxalq Hüquq) ixtisasları üzrə bakalavr dərəcəsi almışdır.
1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq (Beynəlxalq Hüquq) ixtisası üzrə magistratura bölməsinə qəbul olmuş, 2001-ci ildə magistratura bölməsini fərqlənmə ilə bitirərək Hüquq (Beynəlxalq Hüquq) ixtisası üzrə magistr dərəcəsi almışdır.
2007-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda, Hüquq ixtisası üzrə aspirantura şöbəsində təhsil almışdır.
2000-2003-cü illərdə Azərbaycan Respublikası İqtisad Məhkəməsində Məhkəmə iclas katibi vəzifəsində işləmişdir.
2003-2005-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrində zabit kimi (baş leytenant) həqiqi hərbi xidmət keçmişdir.
2005-2012-ci illərdə Varidat Məsləhət Şirkəti MMC-də, Doğru Həllər Konsaltinq şirkəti MMC-də, Qardaşlar-M MMC və Hidro Layihə MMC-də hüquqşünas, baş hüquqşünas və İR menecer vəzifələrində işləmişdir.
2012-ci ilin avqust ayından 2016-cı ilin avqust ayınadək Buta Sığorta ASC-də, 2016-cı ilin avqust ayından 2022-ci ilin aprel ayınadək isə Qala Həyat Sığorta Şirkəti ASC-də İdarə Heyətinin üzvü, Hüquq və Kadrlar Departamentinin müdiri vəzifələrində çalışmışdır.
2022-ci ilin aprel ayından hal-hazıradək Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir.
Ailəlidir, 2 övladı var.
******************************************************************************************************************
İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
Sahibsoy Rüfət Sahib oğlu7 sentyabr 1981-ci ildə anadan olmuşdur.
1988-ci ildən 1998-ci ilədək Bakı şəhərində 95 saylı orta məktəbdə təhsil almışdır.
1999-cu ildə Azərbaycan Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və idarəetmə fakültəsinə daxil olmuş, 2003-cü ildə həmin universiteti bitirərək, Gömrük işinin təşkili ixtisası üzrə bakalavr dərəcəsi almışdır.
2003-2004-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.
2007-ci ildən 2017-ci ilədək ASC “Standard İnsurance” Sığorta Şirkətində xəzinədar, baş xəzinədar və şöbə müdiri vəzifələrində çalışmışdır.
2017-ci ildən 2018-ci ilədək “Qala Həyat” Sığorta Şirkəti ASC-də mühasib, 2018-ci ildən 2020-ci ilədək “Qala Sığorta” ASC-də baş mühasib vəzifələrini icra etmişdir.
2020-ci ildən 2023-cü ilin iyul ayınadək Azərbaycan Respublkasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində departament müdiri vəzifəsində işləmişdir.
2023-cü ilin iyul ayından hal-hazıradək Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.
******************************************************************************************************************
İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Abdullayeva Aynur Ayaz qızı
11 sentyabr 1985-ci ildə Azərbaycan Respublikası Şəmkir şəhərində anadan olmuşdur.
1992-ci ildə Şəmkir şəhəri, Məhəmməd Füzuli adına tam orta məktəbin birinci sinfinə daxil olub. 2001-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Təhsilini Bakı şəhəri, Binəqədi rayonu, 144 saylı tam orta məktəbdə davam etdirərək, 2002-ci ildə tam orta təhsili başa vurmuşdur. 2004-cü ildə Bakı şəhəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinə daxil olub, 2008-ci ildə həmin Universiteti bitirib, biologiya üzrə pedaqoji təhsil almışdır.
2008-2011-ci illər ərzində Bakı şəhəri, Azərbaycan Milli Elmlər Akademiyası, Botanika institunda Baş lobarant vəzifəsində işləmişdir.
2011-2014-cü illər ərzində GÜNAR TTM tam orta məktəbin Şəmkir filialında Təbiət elmləri müəllimi və sinif rəhbəri vəzifəsində işləmişdir.
2014-cü ildən Baku Oksford Skul tam orta məktəbinin Şəmkir filialında Təbiət elməri müəllimi vəzifəsində işləmişdir.
2017-ciu ilin mart ayından həmin ilin may ayının 24-nə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında Böyük məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi vəzifəsində işləmişdir.
2017-ci ilin may ayından hal-hazıradək Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində işləyir.
Kembric Universitetinin beynəlxalq imtahanları tərəfindən 2013-cü ilin sentyabr ayında “Kembric beynəlxalq imtahanları peşəkar inkişaf” kursunda iştiraka görə sertifikatla təltif olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2018-ci il 01 mart tarixində “Səmərəli fəaliyyətinə görə” Diplom ilə təltif olunmuşdur.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 2020-ci il 20 iyun tarixli, 130 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə“ Fəxri Fərman ilə təltif olunmuşdur.
Subaydır.