İCRA HAKİMİYYƏTİ
İcra hakimiyyətinin başçısı
Rəşad Ənvər oğlu Tağıyev08.03.1981-ci ildə anadan olub.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “Hüquqşünaslıq” ixtisası üzrə bitirib. Taras Şevçenko adına Kiyev Milli Universitetində “Korporativ hüquq” üzrə magistr elmi-ixtisas dərəcəsi alıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
12.03.2003-cü il tarixindən 02.04.2007-ci il tarixinədək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.
02.04.2007-ci il tarixindən 08.11.2013-cü il tarixinədək “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-hüquqi xidmət sektoru üzrə sədr müavini, “Konsaltinq-Az” MMC-də Baş direktorun müavini vəzifələrində çalışıb.
15.11.2013-cü il tarixindən 11.12.2020-ci il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsində İnsan resursları sektorunun müdiri, Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini, İdarə müdiri vəzifələrində çalışıb.
11.12.2020-ci il tarixindən 14.09.2021-ci il tarixinədək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2021-ci il tarixli müvafiq Sərəncamı ilə Şəmkir Rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Tərəqqi medalı" ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.
Ailəlidir, 2 övladı var.