Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhidləri haqqında

 

Şəhid Emin Alməmmədov 

Emin Alməmmədov 1989-cu il fevralın 27-də Şəmkir şəhərində anadan olub.

1996-cı ildə ildə Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi bitirmişdir.

2014-cü ildə Şəmkir şəhər N saylı hərbi hissəyə MAHHXHQ əsgər kimi işə qəbul olub. Həmin müddətdə göstərdiyi xidmətlərinə görə çavuş rütbəsinə layiq görülüb. 03.10.2018-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində 30.11.2018-ci il tarixinədək gizir rütbəsi ilə fəaliyyət göstərmiş və idarəetmə maşın heyəti rəisi ixtisası kursunu bitirmişdir. O, həm də “Ən yaxşı top komandiri”  adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr göstərib və Fəxri Fərmanla təltif olunub. Gizir Alməmmədov Emin Akif oğlu 2014-cü ildən Şəmkir, Tovuz, Goranboy, Ağstafa və Daşkəsən rayon hərbi hissələrində xidmət edib və 2016-cı ildə Aprel döyüşlərinin də iştirakçısı olub.

Azərbaycan Ordusunun giziri olan Emin Alməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Emin Alməmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Ailəli idi. Əbəlfəz və Xədicə adında iki övladı yadigar qaldı.​

******************************************************************************************************************

 

Şəhid Qurban Qəzənfərli  

Qurban Qəzənfərli 1997-ci il yanvarın 15-də Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olub. 2004/2015-ci illərdə Ağlavaşlı kənd tam orta məktəbində təhsil alıb.

Qurban Qəzənfərli 2016/2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Qəzənfərli 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Qurban Qəzənfərli sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub.

Şəmkir rayonunun Ağlavaşlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qurban Qəzənfərli ölümündən sonra “ İgidliyə görə”, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi.

Subay idi.

******************************************************************************************************************

 

Şəhid Niyaməddin Məhərrəmov

Niyaməddin Məhərrəmov 5 yanvar 1993-cü ildə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olub.

2000-2011-ci illərdə Kür qəsəbəsində yerləşən İ. Aznaurov adına tam orta məktəbdə oxumuşdu.

Niyaməddin Məhərrəmov 2011-2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş, 21 sentyabr 2020-ci il tarixində ordu sıralarına cəlb edilmiş, 29 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Niyaməddin Məhərrəmov ölümündən sonra "Vətən uğrunda", və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edildi.

Subay idi.

 

******************************************************************************************************************

 

Şəhid İsrayıl Hacıyev

İsrayıl Hacıyev 28 fevral 2002-ci ildə Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub. 2008-ci ildə Şəmkir rayon Zəyəm-Cırdaxan kənd C.Abdıyev adına tam orta məktəbin birinci sinfinə daxil olub, həmin məktəbin 9-cu sinifə qədər təhsil alıb.

İsrayıl Hacıyev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlamışdır.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İsrayıl Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

İsrayıl Hacıyev böyüdüyü Zəyəm Cırdaxan kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İsrayıl Hacıyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.

Subay idi

******************************************************************************************************************

 

Şəhid Vacib Məmmədov 

Vacib Məmmədov 27 fevral 2001-ci ildə Şəmkir şəhəri, Morul yaşayış massivində anadan olub.

2007-ci ildə Şəmkir şəhəri Morul tam orta məktəbin birinci sinifinə başlayıb. 2018-ci ildə həmin məktəbi bitirib. Güləş üzrə keçirilən müsabiqələrdə çoxsaylı rayon birincilikləri əldə etmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Vacib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda, Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 01 oktyabr 2020-ci il tarixində aldığı qəlpə yaralarından şəhid olmuşdur.

Şəmkir şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vacib Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Subay idi

******************************************************************************************************************

 

Şəhid Seymur Həbibov

Həbibov Seymur Feyruz oğlu 13 fevral 1986-cı ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olmuşdur.

1992-ci ildə İsgəndər Aznaurov adına Kür qəsəbə tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2003-cü ildə həmin məktəbi bitirmişdir.

2014-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə başlamış, 2015-ci ildə ehtiyata buraxılmışdır.

2020-ci ilin avqust ayında Seymur Həbibov yenidən hərbi xidmətə başlamaq qərarına gəlir, hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi hərbi xidmətə başlamışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Seymur Həbibov torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş, Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə yer almışdır.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə əlaqədar hərbi əməliyyatlar çərçivəsində 2020-ci il oktyabrın 01-də Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

02 oktyabr 2020-ci il tarixində Şəmkir şəhərində dəfn olunmuşdur.

Seymur Feyruz oğlu Həbibov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) və “İgidliyə görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Subay idi, 1 övladı var.

******************************************************************************************************************

 

Şəhid Cavid Məmmədov 

Məmmədov Cavid ilham oğlu 18 oktyabr 1990-cu ildə Şəmkir rayonunun Yeniabad kəndində anadan olmuşdur.

1997-ci ildə Rüstəm Əliyev adına Yeniabad kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi bitirmişdir.

2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlamış, 2010-cu ildə ehtiyata buraxılmışdır.

2015-ci ildə isə Cavid Məmmədov yenidən hərbi xidmətə başlamaq qərarına gəlir, hərbi hazırlıq üzrə təlim-tədris kurslarından keçərək gizir kimi hərbi xidmətə başlamışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun giziri olan Cavid Məmmədov torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş, Tərtər və Laçın rayonu istiqamətində gedən döyüşlərdə yer almışdır.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə əlaqədar hərbi əməliyyatlar çərçivəsində 2020-ci il sentyabrın 28-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

04 oktyabr 2020-ci il tarixində Şəmkir rayonunun Yeniabad kəndində dəfn olunmuşdur.

Cavid İlham oğlu Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), “Laçının azad olunmasına görə” (ölümündən sonra), “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) və “Hərbi xidmətlərə görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Ailəli idi, 2 övladı var.

******************************************************************************************************************

 

Şəhid Zaur Nəbiyev 

Zaur Nəbiyev  01 iyul 2001-ci ildə Şəmkir rayonun Ələsgərli kəndində doğulmuşdur.

2008-ci ildə ildə Ələsgərli kənd Nəsir Nəsirov adına tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir.

2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə başlamış, həmin ildə də şəhidlik zirvəsinə ucalmışdır. 

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Zaur Nəbiyev torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş, Tərtər rayonu Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə yer almışdır.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə əlaqədar hərbi əməliyyatlar çərçivəsində 2020-ci il oktyabrın 3-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

Oktyabrın 4-də böyüdüyü Ələsgərli kəndində dəfn olunmuşdur.

Şəhid Zaur Nəbiyev  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra) və “Cəsur döyüşçü” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Subay idi

******************************************************************************************************************

 

Şəhid Ruslan Qəhrəmanov 

Ruslan Qəhrəmanov 1988-ci il oktyabrın 6-da Almaniyanın Maqdeburq şəhərində anadan olub.

1995-ci ildən 2003-cü ilə qədər şəhid Rövşən İsmayılov adına Xuluf kənd tam orta məktəbində təhsil almışdır.

2004-cü ildə hərbi liseyə qəbul olmuş, 2007-ci ildə həmin liseyi  bitirmişdir.

2007-2011-ci illərdə H.Əliyev adına  ali hərbi məktəbdə təhsil almış,daha sonra isə 2011-2012-ci illərdə Təlim Tədris Mərkəzində hərbi təhsil almışdır.

2012-ci il tarixdən 052 saylı XTQ-də xidmət etmişdir. Kapitan hərbi rütbəsinə qədər yüksəlmişdir.

Azərbaycan Ordusunun kapitanı olan Ruslan Qəhrəmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Ruslan Qəhrəmanov oktyabrın 5-də Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub.

Şəmkir rayonunun Xuluf kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ruslan Qəhrəmanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”  və “Füzulinin azad olunmasına görə” medalları təltif olunub.

Ailəli idi. Yusif, Aygün, Mələk adlı övladları yadigar qaldı.

******************************************************************************************************************

 

Şəhid Mərahim Abdullayev 

Mərahim Abdullayev 27 mart 2002-ci ildə Şəmkir rayonu Keçili kəndində dünyaya göz açmışdır.

2008-ci ildə Ə.Həsənov adına Plankənd 1 saylı tam orta məktəbin birinci sinifinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.

8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif edildi.

Subay idi.

******************************************************************************************************************

 

Şəhid Elvin Əliyev 

Əliyev Elvin Famil oğlu 31 iyul 2000-ci il tarixdə Şəmkir şəhərində anadan olub. 2007-ci ildə Şəmkir şəhəri Qalib Mirzəmməmədov adına Sərxan tam orta məktəbinin birinci sinfinə qəbul edilmiş, 2018-ci il tarixdə isə həmin məktəbi bitirmişdir.

2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətdə başlamışdır.

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elvin Əliyev torpaqlarımızın bütövlüyü uğrunda vuruşmuş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə yer almışdır.

Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə əlaqədar hərbi əməliyyatlar çərçivəsində 2020-ci il oktyabrın 08-də Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

09 oktyabr 2020-ci ildə Şəmkir şəhərində dəfn olunmuşdur.

Elvin Famil oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.

Subay idi.

******************************************************************************************************************

Şəhid Ruslan Nərimanzadə

Ruslan Nərimanzadə 1995-ci il aprelin 23-də Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində anadan olub.

2003–2012-ci illərdə S. Məmmədov adına Zəyəm Cırdaxan kənd tam orta məktəbində təhsil alıb.

Ruslan Nərimanzadə 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ruslan Nərimanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.

Ruslan Nərimanzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.

Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ruslan Nərimanzadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi.

Subay idi.

******************************************************************************************************************

Keçidlər