Şriftin ölçüsü :

Saytın rəngi :

Təşkilatın sədri.

Vəliyev Fəxrəddin Vəli oğlu

02 iyun 1955-ci ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuşdur.

1962-ci ildə Şəmkir rayonunun Bitdili kəndində 8-illik məktəbin 1-ci sinifinə daxil olub, 1972-ci ildə qonşu Keçili kəndində Plankənd kənd tam orta məktəbinin 10-cu sinifini bitirmişdir.
1972-1974-cü illərdə Şəmkir rayonunun R.Əliyev adına Kolxozda siravi kolxozçu işləmişdir.
1974-cü ildə Gəncə Dövlət Pedoqoji inistutunun tarix fakultəsinə daxil olub, 1978-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə ilə bitirmişdir.
1986-1989-cu illərdə  Ali Partiya Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
1995-2000-ci ildə Azərbaycan Kənd Təsərüffatı Akademiyasının “Mühəndis İqtisadiyyatı və İdarəetmə“ fakultəsini bitirmişdir.
1978-1985-ci illərdə Şəmkir rayonunun Kür qəsəbə və R.Əliyev adına tam orta məktəblərində müəllim, məktəb direktorunun müavini  vəzifəsində işləmişdir.
1985-1990-cı illərdə Şəmkir rayonunun R.Əliyev adına Sovxozunda sovxoz partiya Komitəsinin Katibi vəzifəsində işləmişdir.
1990-1991-ci illərdə Şəmkir rayonunun R.Əliyev adına Sovxozunda, sovxoz direktorunun  müavini vəzifəsində işləmişdir.
1993-cü ilin sentyabr ayından 1995-ci ilin iyul ayına kimi Şəmkir rayon İcra Hakimiyyətində Humanitar məsələlər üzrə baş məsləhətçi, 1995-ci ilin iyul ayından 2013-cü ilin dekabr ayının 27-nə  kimi Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində işləmişdir.
2013-cü ilin dekabr ayının 27-dən hal-hazıra kimi  Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsinin müdiri  vəzifəsində  işləyir.
1993-cü ilin yanvar ayından Yeni Azərbaycan Partiyasının üzvüdur.
1993-cü ilin iyul ayından 2000-ci ilin oktyabr ayına kimi Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı sədrinin müavini, 2000-ci il oktyabr ayından hal-hazıra kimi Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri vəzifəsində işləyir.

Azərbaycan Pespublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli Sərəncamı ilə  “Dövlət qulluğunda fərqlənməyə görə“ medalı ilə təltif olunmuşdur.
Azərbaycan Pespublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətimə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Ailəlidir 3 övladı, 3 nəvəsi var.

Keçidlər