Şəmkirdə Apeliyasiya Şurasının növbəti iclası keçirilmişdir
10 mart 2016-cı il tarixində Şəmkir Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının növbəti iclası keçirilmişdir.
İclasda 04 mart 2016-cı il tarixində Bakı şəhərində keçirilən Apellyasiya Şurasının işlərinə həsr olunmuş seminar-müşavirənin nəticələri müzakirə olunmuşdur.
İclasda suranın sədri, rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev Bakı şəhərində keçirilmiş Apeliyasiya surasının müzakirəsi iclası barədə geniş söhbətlər aparmış, qarşıda duran vəzifələr və şuranın fəaliyyətinin təşkili istiqamətində görülmüş işlərə dair sura üzvülərinə tövsiyyə və tapşırıqlar verilmişdir.