Şəmkir Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurası yaradıldı.
Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 3 fevral tarixli Fərmanına əsasən Şəmkir Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurası yaradılmışdır.
18 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Şəmkir Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının yardılması haqqında Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun 10 fevral 2016-cı il tarixli, 19 saylı Sərəncamının rayon sahibkarlarına və ictimaiyyət nümayəndələrinə təqdimatı keçirilmişdir. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti yanında Apellyasiya Şurasının üzvləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, sahibkarlar iştirak etmişlər.