Azərbaycan Respublikasının ərazisi - 86,6 min km2 (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir.
Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunluğunda, Bakı 40° paralel üzərindədir.
Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.
Sahil xəttinin uzunluğu - 713 km. Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.
Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır.
Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir.
Ən böyük göllər |
km2 |
Ən böyük adalar |
km2 |
Ən böyük çaylar |
km |
Sarısu |
67.0
|
Pirallahı
|
14.4
|
Kür |
1515
|
Ağgöl |
56.2
|
Çilov |
11.5
|
Araz |
1072 |
Ağzıbirçala |
37.0
|
Xərə-Zirə
|
3.5
|
Alazan (Qanıx)
|
413
|
Mehman
|
35.0
|
Böyük-Zirə
|
1.4
|
İori (Qanıx)
|
389 |
Böyükşor |
9.2
|
|
|
Samur |
216 |
Hacıqabul |
8.4
|
|
|
Tərtər |
200 |
Dünyada ən böyük göl - Xəzər dənizi, sahəsi 400000 km2, ən dərin yeri - 1025 m.
Ən yüksək dağ zirvəsi - Bazardüzü - 4466 m.
İnzibati-ərazi bölgüsü
Azərbaycan Respublikasının tərkibinə bir muxtar qurum - Naxçıvan Muxtar Respublikası, 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi daxildir.
.png)
