Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələrin heyrətamiz düşüncələri - "Bağçamın təqdimatı"

28 iyun 2018 | 16:00

Şəmkir rayonunda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin iştirakı ilə "Bağçamın təqdimatı" başlığı altında layihə həyata keçirilir.

Layihə çərçivəsində növbəti təqdimatı Şəmkir rayon Kür qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının fidanları ediblər.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib.

Kür qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasının körpə fidanları bir-birindən maraqlı kompozisyalarla izləyicilərin diqqətini çəkməyi bacarıblar.
Körpələrin məharətlərinə heyran qalan rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov gözəl təqdimata görə uşaq bağçasının kollektivinə təşəkkürünü bildirib.

Keçidlər