Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə işçiləri üçün əlamətdar gün

17 iyun 2018 | 16:00

Səhiyyə işçiləri üçün əlamətdar gün

17 iyun Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Ulu Öndər Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncamla tibb işçilərinin peşə bayramı günü təsis edilib.

Qeyd edək ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.

Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Ölkəmizdə 600-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

Biz də bütün Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edir, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulayırıq!

Keçidlər