Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir şəhərində iftar süfrəsi təşkil olunub

13 iyun 2018 | 16:00

Hər il olduğu kimi, bu il də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təşəbbüsü ilə Şəmkir şəhərində yerləşən Cümə Məscidində iftar süfrəsi təşkil olunub.

İftarda din xadimləri, şəhər ziyalıları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını mübarək Ramazan ayı münasibəti ilə təbrik edən Şəmkir İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır.

İcra başçısı Alimpaşa Məmmədov milli mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşan ümummilli liderimiz Heydər Əliyevin “Xalqımızın dini-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim milli sərvətimizdir” fikrini xatırladaraq deyib: “Ən ali dini dəyərlərimizdən biri də mübarək Ramazan ayıdır. Bu müqəddəs ay insanları əmin-amanlığa, bərabərliyə və savab işlərə dəvət edir”.

Alimpaşa Məmmədov belə tədbirlərin təşkil edilməsini cəmiyyətimizin vahidliyinin, ölkəmizdə dövlətlə din arasındakı sıx birliyin bariz nümunəsi kimi qiymətləndirib.

Keçidlər