Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə yeni təyinat - daha bir gəncə vəzifə verildi

15 may 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə kadr təyinatı olub.

Talış kənd inizbati ərazi dairəsi üzrə yeni nümayəndə Sarıyev Elçin Əmirəhməd oğludur.

Elçin Sarıyev 13 yanvar 1990-cı il tarixində Şəmkir şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
Ailəlidir, 1 övladı var.


Sarıyev Elçin Əmirəhməd oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Talış kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

Qeyd edək ki, Elçin Sarıyev bundan öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Elçin Sarıyevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər