Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ildə Şəmkir rayonunda yerləşən istixanalarda 15 min tona yaxın məhsul istehsal olunub

14 may 2018 | 16:00

Ölkə rəhbərliyinin Şəmkirə və şəmkirlilərə göstərdiyi diqqət və qayğı, yaradılan şərait əhali tərəfindən məmnunluqla qarşılanır.

Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq meyvə-tərəvəz və üzüm emalı müəssisələrinin, kiçik və ya ortahəcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri həyata keçirilib.

İlin bütün fəsillərində süfrəmizi təzə tərəvəzlə təmin etmək üçün dünyanın ən son nəsil istixanalarından istifadə olunur.

Ekoloji cəhətdən təmiz, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulu yetişdirib, həm daxili, həm də xarici bazarı təmin etmək üçün Şəmkirdə inşa olunmuş istixanada belə məhsul yetişdirilir.

Günün həqiqəti budur ki, bu gün Şəmkirdə ən gəlirli sahələrdən birinə çevrilən istilikxanalar hesabına faraş tərəvəz bolluğu təmin olunub. Bunun nəticəsidir ki, 2017-ci ildə rayonda ümumi məhsul istehsalı 58,2 faizdən çox artmışdır.

2018-ci ildə Şəmkir rayonunda yerləşən istixanalarda 15 min tona yaxın məhsul istehsal olunub.

İstehsal olunan məhsulların böyük hissəsi pomidorun payına düşür. Belə ki, Respublikamızın ən böyük istixanalarının yerləşdiyi Şəmkirdə 2018-ci ildə 827 hektar əraziyə pomidor və xiyar əkilib. Bunun da 717 hektarı pomidorun, 110 hektarı isə xiyar təsərrüfatının payına düşür.

Cari ildə ilkin olaraq pomidorun 120 hektarında, xiyar əkilmiş istixanaların isə 30 hektarında məhsul yığımı aparılıb.

2018-ci ildə Rusiya bazarına 10 min ton pomidar ixrac edilib.

Onu da qeyd edək ki, Şəmkirdə istixanaların ümumi sahəsi 923 hektardır. 2018-ci ildə daha 100 hektar yeni istilikxanaların yaradılması nəzərdə tutulur.
 

Keçidlər