Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölümsüz ölüm yaşayır bizim balamız" - İcra Başçısı

05 aprel 2018 | 16:00

Bu gün Şəmkirin Tatarlı kəndində 2016-cı ilin aprelində cəbhədə gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, şəhid Nurlan Qasımovun vətən uğrunda canından keçməsinin ikinci il dönümündə anılıb.

Anım mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Millət vəkili Sona Əliyeva, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva, İH başçısı Aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, YAP Şəmkir rayon təşkilatının fəalları və gənclər, Qarabağ Qaziləri, kənd sakinləri, şəhidin yaxınları, ictimai birliklərin nümayəndələri, rayon ziyalıları, ağsaqqallar iştirak ediblər.

Tədbir şəhid Nurlan Qasımovun məzarı önündə keçirilib. Əvvəlcə şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bildirib ki, Vətən uğrunda canlarını qurban vermiş şəxslərin ailələrinə hər zaman dövlət tərəfindən hərtərəfli qayğı göstərilir: “Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman şəhidlərimizə və onaların ailələrinə diqqət ayırırlar. Ölkə Prezidentimiz bütün çıxışlarında qeyd edir ki, şəhid güllə yarasından ölmür, unudulanda ölür. Bizim hər birimizin borcu şəhid ailələrinə öz ailəmiz kimi qiymət verib, onlara dəstək olmaqdır”. İcra başçısı bildirib ki, belə tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsində müstəsna rol oynayır.

Alimpaşa Məmmədov Nurlan Qasımovun timsalında şəhidlərin, milli qəhrəmanların cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib: “Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır".

Sonda icra başçısı şəhid Nurlan Qasımovun ailəsinə üzünü tutaraq bildirib ki, siz bir övlad itirdiniz amma milyonlarla mərd oğul, qız qazandınız: “Çünki bütün Azərbaycan gəncləri Nurlan Qasımov kimi bir cəsur oğul böyüdən atanı atası, ananı anası bilir. Biz Nurlan və onun timsalında bütün şəhidlərimizlə qürur duyuruq. Onlar bizim doğma balalarımızdır. Siz əmin olun ki, ölümsüz ölüm yaşayır bizim balamız Nurlan Qasımov”.

Tədbirdə digər çıxış edənlər də qəhrəmanın keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışıb.

 

 

 

Keçidlər