Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə xalqla ordu Novruzu əl-ələ qeyd etdi

21 mart 2018 | 16:00

Novruz bayramı münasibətilə Şəmkirdə möhtəşəm el şənliyi təşkil olunub.

Bayram tədbirində meydan və ətrafdakı park bayramsayağı Novruz atributları ilə bəzədilib, səmənilər, xonçalar düzülüb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək bütün Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Novruzun rəmzi olan böyük tonqalı alovlandırıb.

Tədbirdə N saylı hərbi hissədə qulluq edən əsgərlərimiz iştirak etməsi isə bayrama xüsusi gözəllik qatıb.

Vətənin keçiyində dayanan hərbi qulluqçularımızın bayram tədbirində iştirak etməsi Şəmkir sakinləri tərəfindən sevinclə qarşılanıb. Orduyla xalqın əl-ələ keçirdiyi Novruz şənliyində şəmkirlilər əsgərlərimizin hər birinə Novruz xonçası təqdim ediliblər.

Keçidlər