Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir gəncləri Murovdağda

17 mart 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Böyük Yol" Gənclərin İctimai Birliyinin üzvləri Murovdağ ərazisində yerləşən "N" saylı hərbi hissədə Novruz Bayramını əsgərlərlə birlikdə qeyd ediblər.

Gənclərin təşkilatçılığı ilə əsgərlərlə görüşdə konsert proqramı ilə çıxışlar , kosa və keçəlin maraqlı səhnələri Murovdağ zirvəsində vətənin keşiyində dayanan igid oğullarda sevinc hissləri və xoş təəssüratlar yaradıb.

Qarda, yağışda vətənin keşiyində dayan əsgərlərimiz elə Murovdağdan Azərbaycan gəncliyinə səslənib: “Rahat olun! Keşiyinizdə möhkəm dayanmışıq, Azərbaycan gəncliyi!”.

Sonda şəxsi heyətin qarşısında çıxış etdiklərinə və əsgərlərin vətənpərvərlik ruhunun yüksəldilməsində böyük rol oynayacaq tədbirə görə "N" saylı hərbi hissəsinin rəhbərliyi tərəfindən "Böyük Yol" Gənclərin İctimai Birliyi və bir qrup gənc Fəxri Fərmanla təltif ediliblər.

Keçidlər