Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəmkir” ikinci dəfə “Energetik”in liderliyini əlindən aldı

17 mart 2018 | 16:00

“Şəmkir” ikinci dəfə “Energetik”in liderliyini əlindən aldı

Bu gün “Şəmkir” Futbol Klubu AFFA-nın və Yerli İcra Hakimiyyətlərinin dəstəyi ilə keçirilən “Region Liqası”nda doğma meydanda Mingəçevirin "Energetik" klubunun qəbul edib.
Qarşılıqlı hücumlar şəraitində keçən matçın 8-ci dəqiqəsində Qeyrət Qənbərov hesabı açıb. Erkən qoldan sonra meydan sahiblərinin arxayınlamasından istifadə edən qonaqlar hesabı bərabərləşdirib. Qoldan həvəslənən qonaqlar “Şəmkir”i qarşılaşmanın 35-ci dəqiqəsində əks hücumda yaxalayıb və hesabda önə keçib. Lakin “Energetik” bu qola cəmi bir dəqiqə sevinə bilib. Özünü toparlayan “Şəmkir” 36-cı dəqiqədə Kənan Qocayevlə küncdən zərbəni qola çevirə bilib. Komandalar ilk hissəyə bərabərliklə qollanıb.

Qarşılaşmanın ikinci hissəsində "ağ-qırmızılar"ın ardı-arası kəsilməyən hücumları başlayıb və “Şəmkir”in bu istəkli oyunu nəticəsiz qalmayıb. Rəqibi tamamilə öz meydanına çəkilməyə məcbur edən ev sahibləri Anar Rzayevlə hesabda irəli çıxıb. Kapitanın 50-ci dəqiqədə vurduğu qol matçda sonuncu olub.

Beləliklə “Şəmkir” ardıcıl ikinci dəfə “Energetik”i məğlub etməklə Mingəçevir klubunu qrup liderliyindən salmağı bacarıb. Stadionda olan minə yaxın azarkeş komandanı alqışlarla və qələbə şüarları ilə yola salıb.

"Şəmkir"- “Energetik” 3:2

“Şəmkir”in qolları: Qeyrət Qənbərov (1-0), Kənan Qocayev (2-2), Anar Rzayev (3-2)

Şəmkir Rayon İcra Hakimiyyəti adından bu qələbə münasibəti ilə “Şəmkir” Futbol Klubunu təbrik edir, gələcə oyunlarda uğurlar arzulayırıq!

Keçidlər