Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblilərimiz ağacəkmə aksiyasına qoşulublar

16 mart 2018 | 16:00

Məktəblilərimiz ağacəkmə aksiyasına qoşulublar

"Ölkəmizitanıyaq" devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şəmkirli məktəblilər ilk gün Qəbələnin füsünkar təbiəti ilə tanış olub, ağacəkmə aksiyasına qoşulublar.

Nəzərdə tutulmuş marşurut xətti üzrə hərəkət edən tur iştirakçıları əvvəlcə IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyasına qoşularaq rayon mərkəzində yerləşən yol kənarı parkda ağac əkiblər.

Qəbələyə səfərin ilk günü şagirdlərin marağına səbəb olan məkanlardan biri də Nohur gölü olub. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər xatirə şəkilləri çəkdiriblər. Sonra Yengicə kəndindəki “Zoopark”a ekskursiya edən şagirdlərə burada bəslənilən heyvanlar barədə ətraflı məlumat verilib.

 

Keçidlər