Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir gəncləşir - daha bir gəncə vəzifə verildi

14 mart 2018 | 16:00

Şəmkir gəncləşir - daha bir gəncə vəzifə verildi

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.

Belə ki, Cəfərov Nemət Tofiq oğlu Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin edlib.

11 noyabr 1990-cı il tarixində Mahmudlu kəndində anadan olan Nemət Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetini Ümumi İqtisadiyyat fakültəsini bitirib.

Cəfərov Nemət Tofiq oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nemət Cəfərov daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Kür qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Nemət Cəfərovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər