Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya ulduzları 5-ci dəfə Şəmkirə toplaşır

01 mart 2018 | 16:00

Azərbaycan Şahmat Federasiyası və “Synergy Group” ASC-nin təşkilatçılığı ilə aprel ayında Şəmkir şəhərində mərhum Azərbaycan şahmatçısı, üçqat Azərbaycan çempionu, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri keçiriləcək.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu turnirin yüksək səviyyədə keçirilməsinə təşkilati, texniki və tənzimləyici köməklik göstərilməsi məqsədi ilə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.

Bu gün Təşkilat Komitəsi üzvlürənin, Azərbaycan Şahmat Federasiyası və “Synergy Group” ASC-nin əməkdaşlarının iştirakı ilə iclas keçirilib. İclasda

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Təşkilat Komitəsinin üzərinə düşən vəzifələri açıqlayıb və turnirin yüksək səviyyədə təşkil ilə bağlı aidiyyəti üzrə müvafiq göstərişlər verib. İcra başçısı bildirib ki, ildən-ilə Şəmkirdə keçirilən bu möhtəşəm turnirin reytinqi artır: “Dünyanın ən ünlü qrossmeysterləri bu turnirə maraq göstərir və məsuliyyətlə yanaşırlar. Artıq 4 ildir "ShamkirChess" superturniri yüksək səviyyədə təşkil etdilir. Biz bununla paytaxtdan 400 km aralıda belə bir möhtəşəm yarışı keçirmək qabiliyyətinə malik olduğumuzu göstəririk. Şəmkirin artıq beynəlxalq idman yarışlarına ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir ".

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ardıcıl 5-ci dəfə keçiriləcək "ShamkirChess" turnirinin ölkə hüdudlarını aşdığını vurğulayıb. O, dünyanın bir çox nüfuzlu şahmatçısının bu yarışda iştirakı özünə şərəf bildiklərini söyləyib: "Şübhəsiz ki, bu, Vüqar Həşimovun dünyada tanınmış şahmatçılar sırasında yer alması, fərdi və Azərbaycan yığmasının heyətində böyük uğurlar qazanması ilə əlaqədardır. Dünya şahmat ailəsi Azərbaycanı təkcə Harri Kasparovu deyil, Vüqar Həşimov kimi şahmatçını yetişdirən ölkə kimi tanıyır. Ötən il Şəhriyar Məmmədyarov gərgin mübarizədə "ShamkirChess"in qalibi oldu. Bu il də böyük rəqabətin olacağına inanıram".

Təşkilat Komitəsinin üzvləri də mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Keçidlər