Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Şəmkir şəhərində 82, Zəyəm qəsəbəsində 24 yeni fərdi yaşayış evi tikilib

12 fevral 2018 | 16:00

Ötən il Şəmkir şəhərində 82, Zəyəm qəsəbəsində 24 yeni fərdi yaşayış evi tikilib

Həyat təcrübəsi göstərir ki, insan ömrünün sonuna qədər tikir, qurur, yaradır. Təbii ki, hərə öz imkanına görə.

Bu gün ölkəmizin hər bir bölgəsində sakinlər tərəfindən fərdi yaşayış evləri tikilir, gənc ailələr özləri üçün yurd-yuva qururlar.

Sakinlərin, xüsusilə də gənclərin özlərini yeni evlə təmin etməsi istiqamətində bü gün Şəmkir rayonunda ciddi addımlar atılır, onlara münbit şərait yaradılır.

2017-ci ildə rayonda ümumi sahəsi 36960 kvadrat metr, dəyəri 20 milyon 120 min manat olan 385 fərdi yaşayış evi tikilmişdir.

Ötən il ən çox fərdi yaşayış evləri Şəmkir şəhərində (82 ədəd) inşa edilib.

25 ədəd yeni ev tikintisi ilə Yeni Həyat ikinci olub. 24 yeni tikili ilə  isə Zəyəm qəsəbəsi üçüncü sırada qərarlaşıb. 

Bu sıralamada Tatarlı (21 ədəd), Düyərli (15 ədəd),  Dəllər qəsəbəsi (14 ədəd), Abbaslı (14 ədəd), Mahmudlu (10 ədəd), Sabirkənd (10 ədəd) və Təzəkənd (10) kəndləri də fərqlənməyi bacarıb.

 

Keçidlər