Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Şəmkirin kənd və qəsəbələri arasında ən çox investisiya qoyuluşu Zəyəm qəsəbəsində olmuşdur

12 fevral 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırığa uyğun olaraq 2017-ci ildə Şəmkir Rayonu İcra Hakimiyyətində rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra işlər görülmüşdür.

Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində ötən il rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər xidmət sahələrinə 142 milyon 370 min manat investisiya qoyuluşu həyata keçirilmişdir.

2017-ci ildə rayonda ən çox investisya qoyuluşu Şəmkir şəhərində həyata keçirilmişdir.

Rayonun kənd və qəsəbələri arasında il ərzində ən çox investisiya qoyuluşu Zəyəm qəsəbəsində(3 milyon 345 min manat) olmuşdur.

Bu istiqamətdə görülən işlər baxımından Düyərli kəndi 1 milyon 800 min manatla ikinci, Aşağı Seyfəli kəndi isə 1 milyon 593 min manatla üçüncü sıradadır.

Bundan başqa Zəyəm Cırdaxan (682 min manat), Dəllər Cəyir (600 min manat) və Düzqışlaq (500 min manat) kəndləri də investisya qoyulmasına görə fərqlənə bilib.

Onu da qeyd edək ki, Şəmkir rayonunda son illər istifadəyə verilmiş və 2017-ci ildə fəaliyyətə başlamış istehsal müəssisələrində məhsul buraxılışı qaydaya salınmış, onların normal fəaliyyətləri üçün müvafiq köməklik göstərilmişdir.

Keçidlər