Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə daha bir gəncə vəzifə verildi

07 fevral 2018 | 16:00

Şəmkirdə daha bir gəncə vəzifə verildi

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yeni Həyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni təyinat baş tutub.

Belə ki, Rəhimov Ceyhun Ağayar oğlu nümayəndəliyin mühasibi vəzifəsinə təyin edilib.

Ceyhun Rəhimov 29 yanvar 1993-cü il tarixində Şəmkir rayonunun Yeni Həyat kəndində dünyaya gəlib. Ali təhsilini Bakı Biznes Universitetində alıb.

Rəhimov Ceyhun Ağayar oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yeni həyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 25 yaşlı gənc bundan öncə Şəmkir Rayon Mədəniyyət və Turizm İdarəsində mühasib vəzifəsində çalışıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Ceyhun Rəhimovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər