Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə daha bir gəncə vəzifə verildi

05 fevral 2018 | 16:00

Şəmkirdə daha bir gəncə vəzifə verildi

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daha bir kadr təyinatı olub.

Belə ki, Əliyev Natiq Muradxan oğlu Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin edilib.

Natiq Əliyev 04 aprel 1984-ci il tarixində Şəmkir rayonunun Zəyəm qəsəbəsində dünyaya gəlib. Azərbaycan Beynəlxalq Universitetinin maliyyə-kredit fakültəsini bitirib.

Bundan öncə Zəyəm qəsəbə İƏD üzrə münayəndəlikdə mühasib vəzifəsində çalışmış Natiq Əliyev ailəlidir, 2 övladı var.

Əliyev Natiq Muradxan oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsinə təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Natiq Əliyevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər