Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni icra nümayəndəsi təyin edildi

05 fevral 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə kadr təyinatı olub.

Könüllü kənd inizbati ərazi dairəsi üzrə yeni nümayəndə Abbasov Elçin İsmayıl oğludur.

Elçin Abbasov 26 fevral 1972-ci il tarixində Şəmkir rayonunun Seyfəli kəndində dünyaya gəlib. Kiyev dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Müxtəlif illərdə müxtəlif vəzifələrdə çalışan Elçin Abbasov 2016-cı ildən 2018-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Ailəlidir, 3 övladı var.

Abbasov Elçin İsmayıl oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Elçin Abbasovu təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

Keçidlər