Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə 15 yeni "Sudan istifadə edənlər" birliyi yaradılacaq

11 dekabr 2017 | 16:00

Şəmkirdə 15 yeni "Sudan istifadə edənlər" birliyi yaradılacaq

11 dekabr 2017-ci il tarixindən etibarən Şəmkir rayonunda "Sudan İstifadə edənlər" birliklərinin yenidən təşkili üçün seçkilər başlayıb.

Bu gün Şəmkir rayon Çinarlı qəsəbəsində Çinarlı və Qarabağlar "Sudan İstifadə edənlər" birliyinin birləşdirilməsi ilə bağlı iclas keçirilib.

Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rasim Mustafayev, İcra Hakimiyyətinin məsul işçiləri, Şəmkir Suvarma Sistemləri idarəsinin əməkdaşları, Şəmkir rayon İcra Hakimiyyətinin Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri, birliyin üzvüləri və Çinarlı qəsəbə sakinləri iştirak edib.

İclasda eyni zamanda həmin “Sudan istifadə edənlər" birliyinin idarə heyyətinə yeni sədr və yeddi nəfərdən ibarət üzvlər seçilib.

Çinarlı qəsəbə sakinlərinin səs çoxluğu ilə Şabanov Vidadi Möjlüm oğlu “Sudan istifadə edənlər" birliyinin idarə heyyətinin yeni sədri seçilib.

İclasda çıxış edən Rasim Mustafayev bildirib ki,”Suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə idiyə qədər rayonun 66 yaşayış məntəqəsi üzrə 31 “Sudan istifadə edənlər” birliyi yaradılmışdır. Artıq bu birliklər yeni sistemdə fəaliyyət göstərməsi plalaşdırılır. Yeni qaydalara görə 31 “Sudan istifadə edənlər” birlikləri birləşərək yerində 15 yeni birlik yaradılacaq”.

R. Mustafayev onu da qeyd edib ki, yeni yaradılacaq birliklər əsasən təsərrüfatlararası kanalların lildən təmizlənməsi, kollektor-drenaj şəbəkəsinin və onların üzərindəki qurğuların saz halda saxlanmasını, suvarma suyunun istifadəçilər arasında bərabər paylanması və suyun haqqının toplanması işini həyata keçirəcəklər.

Onu da qey edək ki, Şəmkirin 40 min hektar suvarılan sahəsinin su ilə təminatı üçün əsasən Şəmkirçay Su Anbarından istifadə olunur.

Keçidlər