Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə çəkil tinglərinin əkini sürətləndirilib

25 noyabr 2017 | 16:00


Ölkədə baramaçılığın inkişafı ilə əlaqədar Şəmkirdə çəkil tinglərinin əkini aparılır. Artıq tinglərin 14 min ədədinin bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində əkilməsi təmin olunub.

Ümumilikdə rayon ərazisində 40 min tut tinginin əkini planlaşdırılır. Yerli bələdiyyələrin tərkibində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətlərdə də proses davam edir. Qaracəmirli bələdiyyəsinin təşəbbüsü ilə təşkil olunan növbəti əkin zamanı torpağa 1000-dən çox ting basdırılıb. Şəmkirdə ötən mövsüm 40 min ədəd çəkil tingi əkilib.

Qaracəmirli bələdiyyəsinin sədri Rövşən Quliyev: “Bizim kəndimiz üçün 11 min çəkil tinglərinin əkini nəzərdə tutulub. Hazırda kəndin müxtəlif ərazilərdə bu işlər aparılır. Məqsədimiz bu tinglərə düzgün aqrotexniki qulluq göstərib baramaçılığa öz töhfəmizi verməkdir”.

Keçidlər