Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunun Bayramlı kəndində yeni idman kompleksi tikilir

16 noyabr 2017 | 16:00

Şəmkir rayonunda idmanın bütün növlərinin inkişafı istiqamətində ciddi addımlar atılır. Təkcə rayon mərkəzində yerləşən Olimpiya İdman Kompleksində deyil, qəsəbə və kəndlərdə də gənclərin idmanla məşğul olması üçün imkanlar yaradılır.

Belə kəndlərdən biri də rayonun Bayramlı kəndidir. Hazırda kənddə gənclərin sağlam yetişməsi və asudə vaxtlarını səmərəli keçirmələri üçün idman kompleksi tikilir.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev kompleksdə aparılan tikinti işlərinin gedişatı ilə yaxından tanış olub.

Qeyd edək ki, idman kompleksinin yaxın zamanda istifadəyə veriləcəyi gözlənilir.

Keçidlər