Şriftin ölçüsü :

Saytın rəngi :

"Gənc Müəlimlər Birliyi"nin təşəbbüsü ilə orta məktəbdə açıq dərs keçirilib

03 noyabr 2017 | 16:00

Bu gün Şəmkir "Gənc Müəliilmər Birliyi"nin təşəbbüsü ilə Şiştəpə kənd Qabil Allahverdiyev adına tam orta məktəbdə açıq dərs keçirilib.

Açıq dərs Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlınski, "Gənc Müəllimlər Birliyi"nin üzvləri, məktəbin dirketoru Firuzə İmanova və Aparatın əməkdaşlarının iştirakı ilə Şəmkir rayonunun Şiştəpə kənd Qabil Allahverdiyev adına tam orta məktəbində baş tutub.

Açıq dərsi bu tədris ilində Müəllimlərin İşə Qəbul İmtahanında rayon üzrə ən yüksək nəticə göstərən Q. Allahverdiyev adına tam orta məktəbin tarix müəllimi İbadullayeva Gülnar Mirəli qızı keçib. Azərbaycan tarix fənnindən "Manna dövləti" mövzusunda baş tutan açıq dərs Riyaziyyat, İqtisadiyyat və Humanitar təmayüllü 10 A sinfinin şagirdlərinə keçilib.

Dərsin sonunda Rayon İcra Hakimiyyətinin başçısı şagirdlərlə xatirə şəkli çəkdirib.

 

 

Keçidlər