Şriftin ölçüsü :

Saytın rəngi :

ATU-nun müəllim heyəti "Şəmkir Aqroparkı"nda

12 oktyabr 2017 | 16:00

Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi və professor-müəllim heyəti Şəmkir Aqroparkda olub.


Şəmkir Aqroparkın əməkdaşları ilə ATU-nun prorektoru və professor-müəllim heyəti arasında görüş keçirilib. Görüşdə Şəmkir Aqroparkın Baş Direktoru Qüdrət Seyfullayev Aqropark barədə və ümumilikdə Logistika Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verib.

ATU-nun prorektoru Səbuhi Yusifov da universitetin fəaliyyəti, tədris prosesində tələbələr üçün yaradılan geniş imkanlardan danışıb.

Baş tutan səmərəli görüş nəticəsində ikitərəfli əməkdaşlıq və tərəflər arasında əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.

Sonra müəllim-professor və tələbə heyəti Logistik Mərkəzin istehsalat, soyuducu kameralar və laboratoriya hissələri ilə yaxından tanış olublar.

Keçidlər