Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirli tələbələr qızıl medalla təltif olundular!

07 sentyabr 2017 | 16:00

Sentyabrın 7-də Şəmkir Heydər Əliyev Mərkəzində rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilib. Konfransda Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, Təhsil Nazirliyinin nümayəndəsi İsaq Məmmədov, millət vəkili Sona Əliyeva, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, təhsil işçiləri və yüksək balla respublikanın ali məktəblərinə qəbul olmuş tələbələr iştirak ediblər.

Plenar iclaslarda Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski məruzə ilə çıxış edib, ötən tədris ilində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələrdən danışıb. Tədbirdə çıxış edən Təhsil Nazriliyinin nümayəndəsi İsaq Məmmədov Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına əsasən ölkədə aparılan işlərin Şəmkir də uğurla davam etdirildiyini bildirib. Daha sonra məktəb direktorları, qabaqcıl müəllimlər və təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş şagirdlər çıxış ediblər.

Tədbirin sonunda Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək son dövrlərdə Şəmkir rayonunda bütün sahələrdə olduğu kimi, təhsildə də böyük irəliləyişin olduğunu və uğurlar qazanıldığını bildirib. Ötən və cari tədris ilində təhsildə xüsusi nailiyyətləri ilə fərqlənmiş şagirdlərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qızıl medalları təqdim edilib.
Qeyd edək ki, konfrans plenar iclas və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçiriləcəkdir.

Keçidlər