Şriftin ölçüsü :

Saytın rəngi :

Çaparlı, Ələsgərli, Dağ Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinə yeni kadr təyinatları olmuşdur.

23 may 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çaparlı, Ələsgərli, Dağ Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinə yeni kadr təyinatları olub.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə Qasımov Hüseyn İspəndiyar oğlu, Çaparlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə Mərdanov Tariyel Məhəmməd oğlu, Dağ Cəyir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə Hüseynov Sahib İlyas oğlu icra nümayəndəsi vəzifəsinə təyinat alıblar.
23 may 2017-ci il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov yeni təyinat alan icra nümayəndələri ilə görüş keçirib.
Görüşdə icra başçısı hər üç yeni icra nümayəndəsinə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib.
Yeni təyinat almış icra nümayəndələri də öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədova onlara göstyərdiyi etimada görə təşəkkür ediblər. Bildiriblər ki, xidmət göstərəcəkləri müddətdə vəzifə borclarını layiqli yerinə yetirəcək, rəhbərliyin etimadını doğruldacaqlar.

Keçidlər