Şriftin ölçüsü :

Saytın rəngi :

Taxıl əkini sahələrində manitorinqlərin keçirilməsilə bağlı iclas

22 aprel 2017 | 16:00

2017-ci ilin məhsulu üçün taxıl əkini sahələrində manitorinqin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 27 mart tarixli 2768 nömrəli Sərəncamından irəli gələn vəzifələrin Şəmkir rayonunda yerinə yetirilməsi ilə bağlı tədbir olub.
İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Gəncə regional idarəsinin əməkdaşları, rayon İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndələri, bələdiyyə sədrləri və aidiyyəti idarə rəhbərləri iştirak edib.
İlk öncə tədbir iştirakçılarını salamlayan Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosisal-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Rasim Mustafayev Sərəncamdan irəli gələn məsələlərin rayon səviyyəsində müzakirəsinin təşkil edildiyini və eyni zamanda manitorinqlə bağlı zəruri izahat işlərinin aparıldığını bildirdi.
Fövqəladə Hallar Nazirliyinin Gəncə regional idarəsinin rəis müavini Natiq Piriyev çıxış edərək monitorinq qruplarının təşkilati və texniki problemlərinin həllinə hansı istiqamətdə köməklik göstərilməsi barədə məlumat verdi. Sonda tədbir iştirakçılarının aidiyyəti üzrə sualları Fövqəladə Hallar Nazirliyinin Gəncə regional idarəsinin rəis müavini Natiq Piriyev tərəfindən cavablandırılıb.

Keçidlər