Şriftin ölçüsü :

Saytın rəngi :

IV İslam Həmrəyliyi Oyunlarının nümayəndələri ilə görüş

20 aprel 2017 | 16:00

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı aprelin 21-də Şəmkir olacaq.
Bakıdan, Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə başlanan su səyahəti dağların qoynuna sığınan füsunkar gözəlliyə malik Şəmkirdə olacaq.
Bu münasibətlə Gənclər İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev və IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin üzvləri Ket Gifrd, Bernard Ucel Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovla görüşüblər.
Görüş zamanı Əməliyyat Komitəsinin üzvləri Şəmkir şəhərinin gözəlliyinə heyran olduqlarını, su səyahətinin belə bir rayona salındığının təsadüfi olmadığını bildiriblər.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatında mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, “Xəzərdən başlayan su səyahəti” proqramı çərçivəsində aprelin 21-də Şəmkir şəhərində yerləşən Bayraq Meydanında axşam saatlarında su festivalı keçiriləcək, konsert proqramı və atəşfəşanlıq olacaq.

Keçidlər