Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə hesabat yığıncağı keçirilib

18 aprel 2017 | 16:00

Şəmkir rayonunda 2017-ci ilin üç ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
18.04.2017-ci il tarixində Heydər Əliyev Mərkəzində baş tutan iclasda hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar, qeyri-hükumət təşkilatlarının nümayəndələri iştirak edib.
İclası giriş nitqi ilə açıq elan edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov yığıncaq iştirakçılarını salamlayaraq ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlardan bəhs etmiş, Şəmkir rayonunda son illərdə aparılmış abadlıq-quruculuq işləri və layihələr haqda məlumat verib.
Daha sonra Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı aparatında Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Elmir Hüseynov 2017-ci ilin üç ayında rayonda bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq, görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib.
Şəmkir Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Kamil Yusibov çıxış edərək rayon üzrə son üç ayda kənd təsərrüfatı sahəsində əldə edilmiş uğurlardan və qarşıda duran prioritet vəzifələr haqqında hesabat məruzəsi ilə çıxış etdi.
Şəmkir Aqroparkın rəhbəri Qüdrət Seyfullayev çıxış edərək meqa layihə olan Şəmkir Aqroparkda görülmüş işlər barədə geniş məlumat verərək birinci fazada aparılan tikintinin yaxın zamanda başa çatmasını bildirdi. Tədbir iştirakçılarının suallarını cavblandıran Qüdrət Seyfullayev sahibkarları Şəmkir Aqroparkla əməkdaşlıq etməyə dəvət etdi.
Şəmkir rayon Vətəndaşların Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsinin müdiri Ruziyyə Allahverdiyeva çıxış edərək 2017-ci ilin 3 ayı ərzində vətənaşlara göstərilmiş xidmətin vəziyyəti barədə hesabat məruzəsi ilə çıxış etdi.
Qeyd edək ki, tədbirdə dövlət qulluğunda uzun illər səmərəli fəaliyyətinə görə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləmiş Abdulla Sadıqov Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Keçidlər