Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan brendi "ASAN Xidmət" - Şəmkirdə

11 aprel 2017 | 16:00

Dövlətimizin başçısının tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz edilmiş səyyar “ASAN qatar” konsepsiyası reallaşdırılıb.
Aprelin 14-də saat 10:00-dan etibarən 15 gün müddətində “Asan qatar” Şəmkir rayon Dəllər qəsəbəsində yerləşən Dəmiryolu stansiyasında Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonlarının sakinlərinə xidmət edəcək.
Şəmkir rayonunda təşkilati işlərin həyata keçirilməsi ilə bağlı olaraq geniş tərkibdə iclas keçirilib. İclasda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev və aparatın məsul işçiləri, Səyyar Xidmətlərin Təşkili Şöbəsinin baş məsləhətçisi Fəda Abbasov, Gənc Müəllimlər Birliyi, Gənc Həkimlər Birliyi, Gənc Tərbiyəçilər Birliyinin üzvləri, idarə müəssisə və təşkilat rəhbərləri, Rayon İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qüdrət Əliyev “ASAN qatar”ın Şəmkirdə fəaliyyət göstərməsini sakinlərimiz üçün arzuolunan olmasını bildirərək təşkilati işlərin yüksək səviyyədə yerinə yetirilməsi və vətəndaşların məlumatlandırılması ilə bağlı aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.
Səyyar Xidmətlərin Təşkili Şöbəsinin baş məsləhətçisi Fəda Abbasov çıxışında bildirdi ki, səyyar “ASAN qatar”da göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir. Həmçinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi də göstərilən xidmətlər arasındadır.

Keçidlər