Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə "Bədən Tərbiyəsi və İdman Günü" qeyd olunub

04 mart 2017 | 16:00

5 Mart Bədən tərbiyəsi və idman günü münasibəti ilə Şəmkir rayon İcra Hakimiyyətinin təşəbbüsü və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəmkir rayonu Heydər Əliyev prospektində kütləvi idman tədbiri keçirilmişdir.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
Tədbirdə idmanın güləş, taekvando, boks, voleybol, futbol, əlbəyaxa döyüş və stolüstü idman növləri üzrə nümayişlər təqdim olunmuşdur. İdmançılar və məşqçi-müəllimlərlə səmimi görüşlər keçirən rayon İcra Hakimiyyətinin Başçısı Cənab Alimpaşa Məmmədov onlarla yaxından tanış olmuşdur.
Tədbirin rəsmi hissəsində çıxış edən Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov son illərdə Şəmkir rayonunda idman siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə məruzə etmişdir. İdman göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə öz minnətdarlığını bildirmişdir.
Çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov tədbir iştirakçılarını 5 Mart Bədən tərbiyəsi və idman günü münasibəti ilə təbrik edərək, qarşıda duran məqsəd və hədəflər barədə öz tövsiyyələrini vermişdir. Qeyd etmişdir ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurla yürüdülən dövlət gənclər və idman siyasətinin nəticəsidir.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

 

Keçidlər