Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına dair hesabat iclası keçirilib

18 yanvar 2017 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2016-ci ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat iclası keçirilmişdir. İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov  yığıncağı açaraq bildirdi ki, Azərbaycan öz müstəqilliyinin onilliyində də ölkənin sosial-iqtisadi inkişafı istiqamətində möhtəşəm uğurlara imza atmaqdadır.
Cənab Alimpaşa Məmmədov ölkənin, onun regionlarının davamlı inkişafı prosesində Şəmkirin də bir çox uğurlara imza atdığını, rayonun ümumi sosial-iqtisadi inkişaf tempində öz mövqeyini qoruyub saxladığını diqqətə çatdırmış və bu nailiyyətlərin əldə olunmasında ötən illərdə dövlət başçısının Şəmkirə səfər etməsinin müstəsna rol oynadığını xüsusi vurğulamışdır.
Həmçinin qeyd etmişdir ki, dövlət başçısının ölkədə işsizliyin tamamilə aradan qaldırılması istiqamətində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, iş yerlərinin açılması üçün mövcud imkanlardan maksimum istifadə olunmuş, əmək ehtiyatlarından istifadəyə diqqət artırılmış, vakant iş yerləri haqqında məlumatlar toplanmışdır.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mustafayev Salman İbrahim oğlu geniş hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, sürətlə inkişaf edən Şəmkir rayonunda son illərdə həyata keçirilən yenidənqurma və abadlaşdırma işlərinin bir ünvanı da Könüllü kəndidir.
Qarşıda daha mühüm vəzifələr olduğunu bildirən M. Salman rayon rəhbərliyinin qayğısı ilə bu vəzifələrə ciddi yanaşacaqlarına və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəklərinə söz verdi.
Məruzə ətrafında çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov hesabat dövründə görülən işləri qənaətbəxş hesab etmiş və Könüllü kəndinin yeni ildə də uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.

Keçidlər