Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə genişmiqyaslı təmzilik və ağacəkmə aksiyası keçirilib

23 dekabr 2021 | 16:00

Bu gün Şəmkirdə genişmiqyaslı təmizlik işlərinin aparılması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, magistiral yolların kənarlarında daxili iməclik keçirilib.

İməclik zamanı prospekt və küçələrdə, yol kənarlarına yığılan tullantıların təmizlənməsi və ərazilərin dezinfeksiyası həyata keçirilib, təmizlənən ərazilərə 1000-dən çox yeni ağac əkilib.

Bu işlərdə kommunal xidmət əməkdaşları ilə yanaşı təşkilatlar, rayon sakinləri, xüsusilə də könüllülər yaxından iştirak ediblər.

Şəmkir RİH başçısı Rəşad Tağıyevin də iştirak etdiyi tədbirin keçirilməsində məqsəd rayon ərazisində təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Ağacəkmə aksiyası çərçivəsində Şəmkir şəhəri ərazisində park və xiyabanlarla yanaşı mərkəzi küçələrə də 1000-dən çox müxtəlif ağac növləri, xüsusilə də zeytun ağacları əkilib.

Keçidlər