Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Vüsal Məmmədov və Tural Abbasovun xatirəsi anılıb

17 dekabr 2021 | 16:00

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür.

Bu günlərdə Şəmkir rayon rəhbərliyi və ictimaiyyət şəhidlərinin xatirəsini ehtiramla anır, onların məzarlarını ziyarət edir, ailələrinə baş çəkirlər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Vüsal Məmmədov və Tural Abbasovun ildönümlərində məzarlarını ziyarət edib.

İcra başçısı əvvəlcə şəhidlərin ailə üzvləri , Vətən müharibəsi iştirakçıları və qazilərlə birlikdə qəhərəmanların məzarları önünə tər çiçəklər düzüb, onların xatirəsini ehtiramla yad edib.

Rəşad Tağıyev bildirib ki, Şəhidlik Vətənə məhəbbətin zirvəsidir: "Şəhidlik adı ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır”.

Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən söz açan icra başçısı illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb.

Şəhid ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.

Keçidlər