Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb-FOTOLAR

12 dekabr 2021 | 16:00

Şəmkir rayonunda Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri dahi şəxsiyyət Heydər Əliyevi dərin ehtiramla yad ediblər.

Mərasim iştirakçıları Ümummilli Liderin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin hörmət ifadə ediblər.

Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıblar.

Qeyd olunub ki, Şəmkir daim Ulu Öndərin diqqət və qayğısını hiss edib. Heydər Əliyevin Şəmkirə qayğısı öz bəhrəsini vermiş, Azərbaycanın bu qədim və tarixi bölgəsi ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevrilmişdir.

Keçidlər