Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayonunda “8 noyabr-Zəfər Günü” münasibətilə silsilə tədbirlər davam edir

02 noyabr 2021 | 16:00

Şəmkir rayonunda “8 noyabr-Zəfər Günü” münasibətilə silsilə tədbirlər davam edir

Bu gün Şəmkir Rayon İcra Hakimiyyəti, rayon Təhsil Şöbəsi və Şəmkir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Zəfər günü" münasibətilə "tariximizi öyrənək" layihəsi çərçivəsində Şəmkir Heydər Əliyev mərkəzində "Qələbəmiz şagirdlərin əli ilə" adlı tədbir təşkil olunub.

Tədbirdə RİH başçısının müavini Aynur Abdullyeva , Şəmkir rayon təhsil şöbəsinin rəhbəri Qüdrət Əliyev və Heydər Əliyev Mərkəzinin əməkdaşları və bir sıra məktəblər iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə muzey kompleksi ilə və qalereya zalında nümayiş olunan Şəmkir şəhidlərinin portretləri ilə tanış olmuş, daha sonra məktəblər öz kəndlərinin şəhidi haqqında filmə baxıblar.

Sonda şagirdlər Bakıda yaradılan Hərbi Qənimətlər parkına virtual ziyarət ediblər.

Keçidlər