Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əmanəti Əbəlfəzin 7 yaşı oldu

08 oktyabr 2021 | 16:00

Vətən Müharibəsi şəhidi Emin Alməmmədovub yadigarı olan oğlu Əbəlfəzin doğum günüdür. Onun 7 yaşı tamam olur.

Şəmkir RİH başçısı aparatının məsul əməkdaşları şəhid övladını təbrik etmək üçün onun yaşadığı ünvana baş çəkib, hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan Emin Alməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Emin Alməmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Doğum günün mübarək vətən, yurd, şəhid əmanəti!

Sənə xoşbəxt həyat arzulayırıq.

Buna daha çox haqqı çatan Sizlərsiniz.

Çünki atalarınız canları, qanları ilə Sizlərə bu haqqı qazandırıblar.

Keçidlər