Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkirdə şəhid ailələri və müharibə iştirakçılarına 106 medal təqdim edilib

26 iyun 2021 | 16:00

Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Qarabağımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən Şəmkir rayonundan olan şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına 106 ədəd medal təqdim edilib.

Şəmkirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə bir qrup Silahlı Qüvvlərin Vətən müharibəsi iştirakçılarına təltif olunan medalların onlara və ailə üzvlərinə təqdimat mərasimi keçirilib. 47 şəhid ailəsinə, 59 qazi və müharibə iştirakçısına “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Hərbi xidmətə görə” və “Döyüşdə fərqlənməyə görə” medalları təqdim edilib.

Təqdimat mərasimində rayon rəhbərliyi iştirak edib. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan himni səsləndirilib. Şəhid ailə üzvləri, müharibə iştirakçıları mərasimdə çıxış ediblər.
Döyüş əməliyyatlarının iştirakçılarına, ümumi qələbənin əldə olunmasında zəhməti olan bütün qəhrəmanlara minnətdarlıq bildirilib.

Keçidlər