Şriftin ölçüsü :

Saytın rəngi :

SƏRXAN XEYRİYYƏÇİLƏRİNDƏN ÖRNƏK ADDIM

22 aprel 2021 | 16:00

Şəmkirli iş adamları, sahibkarlar, xüsusilə də xaricdə iri, orta və xırda sahibkarlıqla məşğul olan şəmkirlilər hər zaman örnək addımları ilə ictimaiyyətin rəğbətini qazanıblar.

Bu sahədə onlar müxtəlif səpkili xoş əməllərlə yadda qalırlar.

Kimi xeyriyyəçiliyi ilə aztəminatlı ailələrə sevinc dolu anlar yaşatmaqla, insanların həyatında önəmli izlər buraxcaq xoş niyyətli əməllərlə, kimi isə rayonun gözəlliyində pay sahibi olmaqla...
Bu dəfə Sərxan Xeyriyyəçiləri nəcib təşəbbüsə imza atıblar.

Belə, ki xeyiryyəçi gənclər Sərxan yaşayış massivində yerləşən orta məktəbin ətrafını təmizləyərək, rəngləmə işləri aparıblar. Eyni zamanda Sərxan massivində yerləşən “20 Yanvar” xatirə abidəsində bərpa işləri aparıblar.

Xeyriyyəçi gənclər məqsədini belə açıqlayır: “Cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bu istiqamətdə Şəmkirdə də yerli iş adamlarına qucaq açılır, onlara hər cür köməklik göstərilir. Rayonumuz isə günü-gündən gözəlləşir. Biz də bu gözəllikdə payımız olsun istəyirik”

Keçidlər