Şriftin ölçüsü :

Saytın rəngi :

SƏYYAR ASAN AVTOBUS SON BİR HƏFTƏ ŞƏMKİRDƏ

21 aprel 2021 | 16:00

1 ay ərzində rayonda olacaq "ASAN xidmət"in səyyar avtobusu Şəmkirlə yanaşı, ətraf rayonların da sakinlərinə xidmət göstərir. Vətəndaşlar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, daşınmaz əmlak pensiya təyinatı şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, eləcə də dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi kimi xidmətlərdən yararlana bilərlər.

Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunub.

Bu xidmətlər notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi aiddir. Eyni zamanda, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar verilməsi olub.

“Səyyar ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Rayon sakinləri “Səyyar ASAN xidmət”in Şəmkir rayonuna gəlməsinə və yaradılan şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Xəyal Quliyev- sakin: “Sürücülük vəsiqəmi dəyişdirdim. Vaxtı bitmişdi. Çox asan oldu. Tovuza və yaxud da Gəncəyə getmək vaxt aparır. Çox sağ olsunlar, çox razı qaldıq”.

Ruslan Fətəliyev- sakin: “Evliliklə bağlı sənəd lazım idi. Çox asanlıqla sənədlərimi verdim. Lazımi sənədi aldım”.

Qeyd edək ki, mart ayının 30-dan başlayan Səyyar ASAN Avtobus xidməti aprel ayının 28-nə kimi Şəmkir sakinlərinə xidmət göstərəcək.

Keçidlər