Şriftin ölçüsü :

Saytın rəngi :

KAPİTAL BANKDAN ÖRNƏK ADDIM

06 aprel 2021 | 16:00

Bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin və qazilərin hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Şəmkir rayonunda Azərbaycanımızın müstəqilliyi uğrunda canlarından keçməyə hazır olan qəhrəman qazilərimiz hər zaman xüsusi diqqət və qayğı göstərilir.

Bu sahədə rayonda fəaliyyət göstərən özəl təşkilatlar da fəal iştirak edirlər.

Belə ki, bu günlərdə Şəmkir RİH-in müraciəti əsasında Kapital Bankın Şəmkir filialı tərəfindən qəhrəman qazimiz Hacıyev Samir Hacıağa oğlunun həyat yoldaşı özünüməşğulluq üçün tikiş maşını və avadanlıqlarla təchiz olunub.

Eyni zamanda qazimizin anasının adına Kapital Banka olan kredit öhdəliyi ləğv edilmiş, qazimizə isə tam sağlamlığına qovuşana kimi bank tərəfindən aylıq 300 manat məbləğində müavinət təyin olunmuşdur.

Qeyd edək ki, mədəniyyət beşiyimiz olan Şuşa uğrunda gedən döyüşlərdə yarlanan Hacıyev Samir Hacıağa oğlunun Şəmkir Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Bakı şəhərində yerləşən “MEDİKUS CLİNİC”-də həkim Şəfa xanım Cavadova tərəfindən müayinə və müalicəsi aparılıb, sağlamlığına qovuşması üçün bütün lazımi tədbirlər görülmüşdür.

Şəmkir RİH kollektivi və bütün şəmkirlilər adından Kapital Bank ASC-nin rəhbərliyinə təşəkkürümüzü bildirir, vətən övladlarına göstərdikləri dəstək üçün minnətdarlığımızı çatdırırıq!

Keçidlər