Şriftin ölçüsü :

Saytın rəngi :

VƏFAT EDƏN YAXINLARININ EHSANINA DAYANACAQ İNŞA ETDİ

03 fevral 2021 | 16:00

İrmaşlı sakini vəfat edən yaxınlarının ehsanına avtobus dayanacağı inşa edərək kənd sakinlərinin istifadəsinə verib.

Bildiyiniz kimi, Şəmkir rayonunda milli-mənəvi dəyərlərimizdən olan yas mərasimlərinin sadələşdirilməsi istiqamətində ciddi addımlar atılır.

Çoxsaylı Şəmkir sakinlərinin müraciətindən sonra rayonda ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə verilir. Bu işi şəmkirlilər, xüsusilə ağsaqqallar yüksək qiymətləndirirlər.

Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon sakinləri artıq təmtəraqdan uzaq mərasimlər əvəzinə dünyadan köçən yaxınlarının ehsanı üçün xeyriyyə işləri həyata keçirməyə üstünlük verirlər. Bu artıq rayonda gözəl bir ənənəyə çevirilib.
Sevindirici haldır bu ənənəni pozmağa cəhd edənlər elə sakinlərin özləri tərəfindən qınaq obyektinə çevrilir.

Keçidlər